Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gülənin Pentaqon, Vatikan və Moonla masonik bağları – Türk mediasından öncə yazdıqlarımız…

qTürkiyədə və Azərbaycan daxil olmaqla dünyanın 100-ə yaxın ölkəsində casus şəbəkəsi quran Paralel Dövlət Terror Təşkilatının baş imamı Fətullah Gülənin mason olduğu üzə çıxıb. Türkiyənin “Yeni Şəfəq” qəzetinin yazdığına görə, 1972 -1976-cı illərdə Mason Lojasından Gülənə göndərilən dəvətnamələr aşkar olunub.

Yenicag.az xəbər verir ki, Gülən masonluğa xidmətlərinə görə, üstün xidmət medalları alıb.  Ona masonik tədbirlərə dəvətnamə göndərənlər arasında  İlhami Madenoğlu, Orhan Demiriz, Onnik Karakaş, Hüseyin R. Yavuz kimi 33-cü dərəcəli masonlar yer alıb.

1969-ci ildə Azad və Qəbul Edilmiş Masonlar Lojası tərəfindən üstün xidmətləri qarşılığı təltif medalı ilə mükafatlandırılan Gülən, 1975-ci ildə isə Türkiyə Böyük Mason Mahfilinə gizli and mərasimiylə girmiş. Cənazə namazını qıldırdığı CHP-li Qasim Güləkin məktubuna görə, ‘hər Masonun arzusu” olan ən böyük medala da çatan Güləndən, lojadakı yoldaşları da olduqca məmnun olublar. Gülən, dövrün Tennis Qılıncoynatma və Alpinistlik Klubundakı ‘qardaşlar sofrası’na’ duz və çörək paylaşmaq üçün müntəzəm olaraq qatılıb.

indirQəzetin iddiasına görə, Gülənin əsgərlik dövründən Mason təşkilatları və onlar üzərindən Moon təriqəti, MOSSAD və CIA ilə əlaqələri, gənclik dövründən etibarən bir layihə olaraq yetişdirilib hazırlanmasına dair sensasiyalı məlumat və sənədlər gün üzünə çıxıb.

Məsələn, 21 aprel 1974-cü il tarixli katib Orhan Demiriz imzalı dəvətnamədə yazılıb: “ Əziz qardaşım M. F.Gülən 10 may 1974-cü il saat 19: 00 –da baş tutacaq toplantıya sizi dəvət edirik”. Toplantının gündəm maddələrindən birinin “Xoşgörü” olması xüsusilə diqqətçəkicidir.

Daha sonra F.Gülən 20 may 1974-cü ildə   “Yüksəliş” toplantısına dəvət olunur.

1969-cu il 17 iyulda  Gülənə “təltif medalı” verilir.

Yenicag.az bildirir ki, bu sənədlərlə bağlı qəti bir fikr bildirmək çətin olsa da, Gülənin yüksəlişində Kasım Gülək faktoru danılmazdır. Belə ki, yəhudi ADL dərnəyi və Vatikanla əlaqələrin qurulması, Papa ilə görüş Güləkin təşkilatçılığı ilə baş tutmuşdu. Kasim Gülək eyni zamanda Moon təriqətinin Türkiyə təmsilçisi idi. Bu barədə baş redaktorumuz Aqil Ələsgərin 2007-ci ildə “Moon Təriqəti və Fətullah Gülən“ başlıqlı yazıda ətraflı məlumat verilib:

Moon Təriqəti və Fətullah Gülən

Biz Fətullah Gülənin müsəlmandan daha çox mason ola biləcəyini yenə də onun davranışlarına və tərəfdarlarının sözlərinə istinadən söyləyirik. İraq-ABŞ savaşı zamanı könlünün ikincinin yanında olduğunu söyləyən Gülən Mesopotamiyada qırılan minlərlə günahsız insan üçün səsini çıxarmır. Ancaq bir yəhudiyə güldən ağır söz deyiləndə, üzə çıxır və etirazını bildirir, göz yaşını saxlaya bilmir. Üstəlik, həc ziyarətində olarkən özlərinin eşşək kimi davranmalarını göz yaşları ilə anladır. Ergün Poyrazın ifadəsi ilə desək, heç bir müsəlman özünü eşşəyə bənzətməz. Ancaq Tövratda eşşəyə mədhiyyələr qoşulub, bu heyvanla bağlı müxtəlif hadisələr nəql olunur(Məsələn bax: Çıxış, 35;20). Yenə də Tövratı araşdıranda «rica edirəm» ifadələrinə rast gələcəksiniz. Gülənin əsərlərini də oxuyanlar buna bənzər xeyli detalla rastlaşacaqlar. Elə masonluğun mərtəbələri ilə Fətullah Gülənin insanları sıralayarkən tətbiq etdiyi yöntəm çox bənzərdir… …F. Gülənin CİA ilə əlaqələrini davam etdirməsinin ən mühüm səbəblərindən biri də Dinlərarası Dialoq olmuşdur. Çünki Dinlərarası Dialoq da-Made in USA. 1950-ci illərdən etibarən dünya ağalığı sevdasına düşmüş ABŞ öz beynəlxalq hegemoniyasını davam etdirə bilmək üçün dünyanın müxtəlif bölgələrində öz nəzarətində olan dini cərəyanlar, təriqətlər təsis etmişdir. Maraqlıdır ki, ABŞ tərfindən açıq və ya gizli dəstəklənən bütün dini cərəyanların müştərək bir şüarları mövcuddur: Dinlərarası Dialoq.

CİA-nin nəzarətində göstərilən bu fəaliyyətin ilk uğurlu nümunəsi Moon təriqəti olmuşdur. 1951-ci ildə Cənubi Koreyanı işğal etmiş ABŞ burada bir xristiyan təriqəti qurdurmuşdu. Bu təriqətin fəaliyyəti nəticəsində Cənubi Koreyanın əhalisinin 40%-i qısa müddətdə Budizmdən dönüb xristiyanlığı qəbul etmişdilər. Bu gün Moon təriqəti Cənubi Koreyada Birləşdirmə Kilsəsi adı altında fəaliyyət göstərir.

Neokonservatist xətti və açıq hərb siyasətini dəstəkləyən Moon təriqəti ABŞ-ın özündə də kifayət qədər nüfuza sahibdir. Məsələn bu gün ABŞ-ın aparıcı mətbu orqanlarından biri olan Washington Times qəzeti Moon təriqətinə məxsusdur. Fətullahçı Zaman qəzeti ilə Washington Times arasında uzun müddətdir ki, sıx işbirliyi mövcuddur. Bu təriqətin ən mühüm işi isə Ümumdünya Antikommunist Liqasını (ÜAL) qurması olmuşdur. Türkiyədə F. Gülən tərəfindən qurulmuş Kommunizmlə Mübarizə Dərnəyi də əslində ÜAL-nın şöbəsindən başqa bir şey deyildi.

Moon təriqəti ilə Fətullahçı təşkilatlanma arasındakı əlaqə, sadəcə məqsədlərinin oxşarlığında deyildir, aralarında üzvi əlaqə mövcuddur. Moon təriqətinin Türkiyə təmsilçisi, eyni zamanda Cumhuriyyət Xalq Partiyasının sabiq baş katibi Qasım Güləklə F. Gülənin dostluğu hamı tərəfindən bilinir. Hətta sosialist Qasım Güləkin cənazə namazını da F. Gülən qıldırmışdı. Qasım Güləkin baldızı ABŞ vətəndaşı idi və Pentaqonda işləyən bir polkovnik idi. F. Gülən bəzi söhbətlərində bu qadının onun üçün ABŞ rəsmi dairələrində yaxşı referans olduğunu bildirmişdi. Maraqlıdır ki, bu qadın sonralar müəmmalı şəkildə ölmüşdür.

Yenicag.az

0b6ahosgoru 02cdloca 3e71tekrisyemini 850deskrimkulubu 2341haltercumesi 2426mektupgulek 24517haziran

www.yenicag.az

615