!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın partiyasını gözləyən təhlükə – Gülən Sızıntı

!Reklam – Yazi

767ca0eeccTürkiyədə partiyalar seçkilərə hazırlaşır. Namizədliyə namizədlər artıq öz təbliğatlarına başlayıblar. Hakim Ədalət və İnkişaf Partiyasının siyahısından deputat olmaq istəyənlərin sayı isə nə az nə çox 6 min 225 nəfər oldu və siyahı günü-gündən çoxalmaqdadır. Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinə sadəcə cəmi 550 millət vəkili seçiləcək. Yəni, 6225 nəfərin sadəcə 550-i namizəd olacaq və ən yaxşı ehtimalda bunların üçdə biri seçilməyəcək.

AKP-nin çoxlu namizəddən başqa ən böyük problemi Gülənin namizəd sızıntısıdır. Belə ki, Ərdoğanın başlıca düşməni olan Fətullah Gülənin gizli namizədlərinin AKP siyahısından millət vəkili seçilmək üçün ciddi cəhdlə çalışdıqları vurğulanmaqdadır.

Bu təhlükənin önünə keçmək üçün cəhdlər edilsə də, AKP içində ciddi şəkildə təşkilatlanmış, sadəcə A və B variantları olmayan,  heç ehtiyacları olmadığı vaxt C, D, E hətta F variantına hazır olan Paralel Dövlət Şəbəkəsinə qarşı mübarizə aparmaq heç də asan deyil. Namizədlərin ciddi şəkildə araşdırılsa da, Gülənin kripto tərəfdarlarının bu baryeri aşacaqları gözlənilir. Elə Hakan Fidanın yenidən MİT-ə qayıtmasında da bu təhlükənin az rolu olmayıb.

AKP-ni dəstəkləyən məşhur köşə yazarlarından olan Abdurrahman Dilipakın bu günki yazısında partiyaya bu mövzuda ciddi mesajlar var.

Belə ki, “Sapla samanı bir-birinə qarışdırmağa çalışan xeyli adam var. Xeyli paralelçi ətrafınızda dolaşır. Bir-birlərinə şahidlik edib, onlardan olmayanları, hətta Paralelə qarşı olanları “Paralelçi” olmaqda suçlayırlar. Bu iş namizədlikdə də, vəzifə yüksəlişində də, dövlət proyektlərini almaqda da davam edir. Kripto paralelçilərə lütfən diqqət edin” yazan Dilipak Gülənin bu planından bəhs edib.

Göründüyü kimi bu seçki AKP üçün heç də asan keçməyəcək. Bir tərəfdən rəqib partiyalarla mübarizə apararkən, digər tərəfdən Gülənin partiya namizədləri sırasına sızıb-sızmadığını müəyyənləşdirmək məcburiyyətində qalacaq.

Yenicag.az

www.yenicag.az

765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv