ABŞ-a Gülən üçün gedir

movlud_cavushogluTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfərə hazırlaşır. “Türkiyə” qəzetinin məlumatına görə, XİN rəhbəri Suriyadakı vəziyyət və İŞİD-lə mübarizə yollarını müzakirə etmək üçün Vaşinqtona gedəcək. Səfərin aprel ayında baş tutması gözlənilir.

Çavuşoğlu ABŞ-da Dövlət Departamentinin rəhbəri Con Kerri ilə bir araya gələcək.

Görüşdə iki ölkə arasında münasibətlərlə yanaşı bir sıra qlobal problemlər də müzakirə mövzusu olacaq. Çavuşoğlunun ABŞ səfəri zamanı Türkiyədə barəsində həbs qərarı verilən Fətullah Gülənin ekstradisiyasını da istəyəcəyi demişdi.

“ABŞ bizə sənədlər verin, baxaq, yoxlayaq deyib. Qırmızı blütenlə axtarılır. Ədliyyə Nazirliyində işlər bitmək üzrədir”.

 

COP29