!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil ƏLƏSGƏR: Səmimiyyətdən danışacaq son adam….

!Reklam – Yazi

1525697_10202026942267870_1407505281_nDostluq istəyirsənsə, öncə özün dost olmağı öyrənəcəksən…

Həmkarlıq istəyirsənsə, əvvəl həmkarlığın sirrlərini öyrənəcəksən…

Səmimiyyət tələb edəcəksənsə, birinci sən səmimi olacaqsan…

Yox, bütün bunları ancaq özünə qarşı istəyəcəksənsə,  bir gün birinin çıxıb, “kral çıplaqdır” deyəcəyini hesablamalıydın…

“Dost olaq” deyib, arxadan dostluq təklif etdiyin adamı bitirmək istəmək hansı kitabda yazılıb?…

Həmkarsansa, niyə başqa həmkarlarını da bu yolda xərcləyirsən, demirsən ki, qarşındakı kimin sənə hansı xəbəri daşımaq üçün onun yanına gəldiyindən xəbəri var…

Səmimisənsə, niyə sənin adını belə bilməyən adamları, sırf qarşındakı adamla yaxındır deyə, şikayət etmediyin yer qalmayıb…

Dünya çox kiçikdir…

Sizin bildiyinizdən də kiçik…

O qədər ki, sizə qarşındakından danışan sizdən də qarşındakına danışır…

Niyə sizin üçün həmkarına xəyanət etdiyini anladır. Nə ilə sınağa çəkildiyiniı hansı yaxşılığın başına vurulduğunu bildirir. Bütün bunlar sadəcə vicdanını rahatladır, etdiyinə haqq qazandırmır…

Keşkə, hər kəs Facebook statusunda yazdığı qədər səmimi olsa…

Keşkə, bütün insanlar olduğu kimi görünsə…

Tez-tez sitat gətirdiyin “ya göründüyün kimi ol, ya olduğun kimi görün” məsəlini bir dəfə də özün sınaqdan keçirsən, nə gözəl olardı…

Həyat sadəcə, piar kampaniyasından ibarət deyil…

Həyat  arxa çıxılanın yanında fotosessiya edib, arxasızın zarımasını eşitməyəni tanımaq qədər acıdır…

İnsani dəyər dövlətin zatən əl tutduğunun əlindən tutmaq deyil, insani dəyər səsini kimsənin eşitmədiyinə hami olmaqdır…

Bunu belə bacarmırsansa, o zaman nə qədər malın-mülkün var, nə fayda…

Yoxsulun ta kəndisi sən özünsən…

 

www.yenicag.az

1216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv