Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edən 57 yaşlı müəllim maksimal – 60 bal toplayıb.
Yenicag.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşım edib.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.