!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Camaat Diktatorluğu qurmaq üçün…”- Gülən: “Sürəti artırıb, hücum edin”

!Reklam – Yazi

page_savciya-gore-gulen-cemaati-erdoganin-ne-istedilerse-verdik-dedigi-donemden-sonra-silahli-orgut-oldu_831785931Türkiyədə Fətullah Gülən Şəbəkəsi ilə bağlı maraqlı hadisələr baş verməkdədir.

İlk öncə qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışında Pensilvaniya-Kandil ittifaqına diqqət çəkib. PKK Terror Təşkilatı ilə Fətullah Gülən Şəbəkəsinin birləşdiyinə toxunan Türkiyə Prezidenti bildirib ki, “Türkiyəni yenidən qaranlığa boğmaq üçün Pensilvaniya ilə Kandil iş birliyi edib, terrordan bəslənən partiyanın barajı keçməsinə çalışırlar.

“Onların qibləsi çaşıb. Biri Taksimi qiblə bilir, digəri Pensilvaniyanı. Ancaq bilmələri gərəkən bir məqam var ki, dövlət içində dövlət olmaz. Onlar quru xəyal qururlar və 7 iyunda o xəyal da bitəcək.

***

Digər tərəfdən Gülən Mediası ilə bağlı Ankara Cümhuriyyət  ProkurorluğuKonstitutsiyon Düzənə Qarşı İşlənən Cinayətləri Təhqiqat Bürosu müvafiq nazirliyə və Türksata təklif irəli sürüb. Həmin təklifə görə, Gülənin açıqlamalarının bu yayın orqanlarında yayımlanması qadağan edilməlidir. Büro hesab edir ki, Gülən, təlimatları əlindəki media qurumları vasitəsilə müridlərinə çatdırmaqda və iğtişaş yaratmağa çalışmaqdadır: “Əllərindəki televiziya kanalları, radiolar, internet saytları və digər yayın orqanlarının topluma mənfi yöndən təsir etdiyi təsbit edilmişdir. Dövlət imkanlarından istifadə edilərək, bunun əngəllənməsini təklif edirik”.

 

Məktubda bildirilib ki, “”Paralel Dövlət Şəbəkəsi” olaraq adlandırılan və illərcə dini bir camaat görünüşündə fəaliyyətini davam etdirən fətullahçı örgütün, bir terror təşkilatı olduğu və dövlətin qanuni güclərinin əlindəki silahlardan təşkilat üzvləri vasitəsilə istifadə edərək hökuməti devirmək və konstitusion nizamı pozaraq, seçilmiş iqtidarın yerində bir camaat diktatorluğu qurmağa çalışdığı görülməkdədir.

Silahlı Fətullahçı Terror Təşkilatının, millətin suverenliyinə paralel  bir camaat suverenliyində, siyasi iqtidar qurmaq istədiyi, gizli əməlləri üçün dini istismar edərək, camaatın mənsublarını aldadıb istifadə etdiyi, mütəşəkkil iyerarxik bir şəbəkə qurduğu, cəmiyyətdə qütbləşməyə yol açdığı ifşa olunub.

Silahlı terror təşkilatı quran, idarə edən, konstitutsion nizamı zorla pozaraq, hökuməti yıxmağa təşəbbüs edən qurucu və lider Fətullah Gülənin şəbəkəsinə ümumi çağırış və təlimatlarının təşkilatın əlindəki media orqanları üzərindən verdiyi, bu vasitədən mütəşəkkil cinayətkar qrupu bir arada tutmaq üçün istifadə etdiyi təsbit olunub.

Həmin media qurumlarının proqramlarında örgüt liderinin fikirləri təkrar-təkrar yayımlanmaqda, bu örgütü araşdıran prokuror və hakimlər hədəf göstərilməkdə, FETÖ ilə bağlı bilgilər yanlış şəkildə ictimaiyyətə çatdırılmaqdadır.

Təəsüf ki, Gülən Örgütü bu məsələdə dövlətin imkanlarından istifadə etməkdədir. FETÖ-yə bağlı media qurumlarının dövlətin imkanlarından dövlətə qarşı istifadə etməsi yolverilməzdir və dövlətin bununla bağlı tədbir görməsi lazımdır”.

***

Qeyd edək ki, Gülən də bu addıma qarşı Almaniyada televiziya qurmaq qərarına gəlib. “Qadağasız xəbər kanalı” şüarı ilə meydana çıan “MC Xəbər” kanalı sputnikdən yayımlanacaq və “Samanyolu”nda deyilə bilməyənlər həmin kanal vasitəsi ilə müridlərə çatdırılacaq.

Xatırladaq ki, Gülənin Türkiyədə minlərlə insanı dinlədiyinə dair fakt ortaya çıxdıqdan sonra həmin qanunsuz dinləmələrin Almaniya kəşfiyyatı adına edildiyi gündəmə gəlmişdi.

***

Bu gün müridlərinə ənənəvi media qurumları vasitəsi ilə müraciət edən Gülən “sürətötürücünü dəyişdirin və tam güclə hücum edin. İstiqamət və sadaqət çox önəmli faktordur. Azacıq yoldan çıxma, yol dəyişmə sizə baxanlarda tərəddütə səbəb ola bilər. Əsla etməyin və yolunuza nə çıxsa da, dönməyin. Ancaq tədbiri də əldən qoymayın” deyib.

Yenicag.az

 

www.yenicag.az

860
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv