Gülən qrupunun tətikçilərindən olan Faruk Aslanın əxlaqsız görüntüləri yayıldı. Türkiyənin “Yeni Akit” qəzetinin xəbərinə görə, F.Arslan gəmidə yarı çılpaq qadınlarla birlikdə “köpük partisi”nə qardaşı Ömər Aslanla birlikdə qatıldı.Hazırda Kanadada yaşayan Faruk Arslan sosial mediada hər kəsi tənqid edərək, dinlə bağlı öyüd-nəsihət verməklə tanınır. Fətullah Gülənin veteran müridlərindən olan Faruk Arslan Rəcəb Tayyib Ərdoğana isə “Yezid” deməsi ilə tanınır.
Qəzet Faruk Arslanın vəzifələrini belə sıralayıb: “”Zaman Azərbaycan” qəzetində müxbirlik, xəbər müdirliyi və köşə yazarlığı edib. 3 il “Cihan” Xəbər Agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri olub. 2 il Türkiyədə yayımlanan “Zaman” qəzetində “Bakı Məktubu” adlı köşə yazıb. 2000-ci ilin sonuna qədər Ankarada diplomatiya, xarici əlaqələr və enerji müxbirliyi vəzifəsini icra etdi. 14 ölkədə çap olunan “Zaman” üçün xüsusi araşdırma dosyaları hazırladı. 2000-2001-ci illərdə “Zaman” Kanada təmsilçisi oldu və Toronto müxbiri olaraq çalışdı.
Qeyd edək ki, Faruk Arslan Azərbaycana ilk gələn fətullahçılardan biridir. Bu barədə öz yazdığı kitabda ətraflı məlumat verib. “Azərbaycan Camaat üçün çox önəmlidir. Çünki bir gün Asiyada bir yanğın çıxarılacaqsa, o yanğının benzini Azərbaycan və azərbaycanlılar olacaqdır” sözləri ilə tanınan Faruk Arslan azərbaycanlı ilə evlənən ilk fətullahçı olduğu üçün Camaat içindəki ləqəbi “milli kürəkən”dır. “İlk mühacirlər” adlı kitabında bu barədə məlumat verən F.Arslan kitabında bu barədə belə yazır: “Yağmur Gözlü (yəni Fətullah Gülən) onları süzdü və ilginc tövsiyyə verdi: “Orada qohumluq əlaqələri qura bilirsiniz”. Bu rəsmən “yerli gəlinlərlə evlənin” demək idi. Yağmur Gözlü bu tövsiyyəni xaricə gedən bir çox qrupa edəcəkdi… İçlərində əqrabalıq tövsiyyəsini ilk yerinə gətirən Faruk və Üsamə olacaqdı. Azərbaycanın təhsil naziri Misir Mərdanov, AMİP lideri Etibar Məmmədov və SOCAR başqan yardımçısı Salmanov Farukun evləndiyi qızın uzaq qohumları idi. Bu evlilikdən sonra Faruk Arslan “Milli Kürəkən” olaraq çağrılacaqdı”.
Faruk Arslanın kitabında ən önəmli detay Gülən Camaatının bu zamana qədərki bütün təbliğatını konkret dəlillərlə və tarixləri ilə inkar etməsidir(Yəqin bu səbəbdəndir ki, Kaynak Holdinq bu kitabın çapını durdurub). Belə ki, Gülən Camaatının Azərbaycanda rəsmi təbliğatında göstərilir ki, bunların Azərbaycanda fəaliyyəti Ulu Öndər Heydər Əliyevin Naxçıvan və Bakı dönəmi ilə bağlıdır.
Faruk Arslan isə göstərir ki, Gülən Camaatı Azərbaycana 1990-cu ildə etibarən gəlməyə başlayıb və ilk gələn TUSİAB-ın ilk İdarə Heyəti üzvü Hilmi Öney olub. Daha sonra Faruk Arslanın da içərisində olan qrup Azərbaycana gəlib və ilk iş “Zaman” qəzetinin buradakı fəaliyyətini qurmaq olub və lisey məsələsinə sonra baxılıb. İlk lisey də Naxçıvanda deyil, Bakıda açılıb. Çünki Gülənə görə, “Zaman” Azərbaycanda Camaatın fəaliyyətinin önünü açacaq əsas vasitə olacaqdı ki, özünü yanıltmadı.
Faruk Arslan bunu öz kitabında belə qələmə verir:
“Yağmur Gözlü (oxu: Fətullah Gülən) bizə buyurdu: “Media gücünüz oradakı təhsil və digər fəaliyyətlərinizin yol açıcısə, qoruyucusu və önəmli partnyoru olacaqdır. Səbr edin, tələsməyin. Bir nəsil yetişdirmək ən az 25 il istər. Olmur deyə, ümidsizliyə qapılmayın”. Yəni, “25 il meyvə gözləməyin, səbrli olun” tövsiyyəsi ilə hərəkət edib, qısa müddət ərzində bəhrə gözlənilmirdi. Ancaq çiçəklər çox tez açacaqdı. Çünki zaman və zəmin susuzluqdan, həsrətdən çatlamışdı”.
Göründüyü kimi Camaatın Azərbaycanla bağlı qara qutusu sayılan Faruk Arslan bu gün də Gülənin əmrindədir və Şimali Amerika Media Birliyinin (Media Asembly of North America) baş katibi, Wilfrid Laurier Universitetinin Din və Mədəniyyət Fakultəsinin müəllimidir.
Yenicag.az