Meksikada 59 il əvvəl itkin düşən 3 alpinistin cəsədləri tapılıb.
Yenicag.az xəbər verir ki, cəsədlər Verakruz və Puebla əyalətində yerləşən, dəniz səviyyəsindən 5610 metr yüksəlikdə olan Pico de Orizaba yanardağında aşkarlanıb.
Onlar 1959-cu ildə dağa çıxarkən itkin düşüblər.
Qeyd edək ki, sözügedən alpinistlərin cəsədləri ilk əvvəl 2015-ci ildə aşkarlanıb. Lakin əlverişsiz hava şəraiti onları götürməyə mane olub.