59 yaşlı Lilya evində ölü tapıldı

Bakı şəhərinin Xətai rayonunda mənzildə qadın meyiti tapılıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Selkoviç Lilya Vladimirovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​