!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

59 yaşlı qadını bir ay ərazində ikinci dəfə ilan sancdı - Azərbaycanda

!Reklam – Yazi

Bu gün günorta saat 12 radələrində Şəkinin Kiçik Dəhnə kənd sakini 1959-cu il təvəllüdlü Nuxta Rəsul qızı Xudaverdiyeva ilan sancması xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, 59 yaşlı N. Xudaverdiyeva yaşadığı evin həyətyanı sahəsində kartof çıxaran zaman ilan qəfildən onun sağ əlinin dördüncü barmağından sancıb. N. Xudaverdiyevaya lazımı tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Məlumatda bildirilir ki, N. Xudaverdiyev bir ay əvvəl də ilan sancması diaqnozu ilə Şəki MRX-da müalicə alıb.

www.yenicag.az

2289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv