Çinin elektronika nəhənginin nümayəndələri yeni mobil rabitə standartının inkişaf planları haqda məlumat veriblər.
Yenicag.az xəbər verir ki, “Huawei” şirkəti 2019-cu ilin iyununda “5G” texnologiyasını dəstəkləyən ilk smartfonunu təqdim edəcək. Bu haqda şirkətin icraçı direktoru Erik Syuya istinadən “Digitimes” nəşri yazıb.
“5G” mobil rabitəsinin dəstəyi “Wi-Fi” qoşulması olmadan canlı yayım aparmağa, artırılmış və ya virtual reallığa malik proqramlardan istifadəyə imkan verəcək. “Huawei” şirkəti “5G” mobil rabitəsinin hazırlanmasında aktiv iştirak edir.
“5G” tezlik parametrləri artıq məlumdur. Bu şəbəkə 600-700 MHs-lik aşağı tezlik spektrini, 3,5 QHs-lik orta tezlik və 50 QHs-lik yüksək tezlik spektrini dəstəkləyir./Azərtac/