Yenicag müsavat-a istinadən bildirir ki, bu qidalar təbitədə ən güclü 6 antibiotikdir.
Sarımsaq
Sarımsağın içərisində olan “allicin” maddəsi əsrlərdir insanları xəstəliklərə qarşı qoruyur. O, yaranın mikroba yoluxub qan zəhərlənməsinə yol açmasının da qarşısını alır.
Soğan
Sarımsaq ilə eyni ailəyə mənsub olan soğan, xüsusilə böcək və heyvan dişləmələrində dezinfeksiyaedici olaraq istifadə edilir.
Zəncəfil
Zəncəfil 200 ildən çox bir müddətdir alternativ tibb sahəsində ana maddə olaraq istifadə edilməkdədir. Antiimflamatuvar və antibakterial xüsusiyyətləri var. Qan şəkərində tarazlıq yaradır, ürək sağlamlığını dəstəkləyir və ağrı kəsici olaraq istifadə edilir.
Sarıkök
Cazibədar bir rəngi olan zərdəçal bədəni bakteriyalardan qoruyur. Dəri xəstəliklərinə yaxşı gəldiyi və yüngül kəsikləri yaxşılaşdırdığı deyilir. Daxili orqanlarımızdan qaraciyər, ürək və həzm sistemi orqanlarına faydalıdır.
Bal
Möcüzəvi qida deyincə ağla gələn ilk adlardan olan bal, alternativ tibb üçün olmazsa olmazlardandır. Antiviral, antiseptik, antienflamatuvar və antibakterial təsirləri var. Bəzi növ bakteriyaların böyüməsini mane olur.
Yaşıl çay
“Nortvestern” Universitetinin araşdırmaçıları yaşıl çayın tərkibində olan bəzi birləşmələrin bədənə zərər verməsinin qarşısını aldığını aşkar ediblər. Yaşıl çay immunitet sistemini gücləndirir, infeksiyalara qarşı bədənin müdafiə sistemini dəstəkləyir.