İtkin düşən məktəbli tapıldı (Yenilənib)

Ötən gün Xaçmaz rayonunda itkin düşmüş məktəbli  səhər saatlarında parkda tapılıb.(APA)

***

Xaçmaz şəhərində məktəb şagirdi itkin düşüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz şəhər 5 saylı məktəbin 6-cı sinif şagirdi 2006-cı il təvəllüdlü Daşdəmirov Ramin Mənsur oğlu məktəbdən çıxdıqdan sonra evə getməyib. Onun valideynləri uşağın itkin düşməsi barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.