!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

6 il əvvəl itkin düşən neftçinin cəsədinin qalıqları tapıldı

2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Bəhmən Cəfərova aid olduğu qalıqların tapıldığı ehtimal olunur.

Yenicag.az xəbər verir ki, bunu “Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib:

“Bizə verilən son məlumata görə, bu qalıqların 2015-ci ildə itkin düşmüş Bəhmən Cəfərova aid olduğu ehtimal edilir və buna görə onun oğlu da ekspertizaya cəlb olunub. Lakin ekspertizanın nəticəsi hələ müəyyən olunmayıb”.

Qeyd edək ki, Xəzər dənizində, “Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə yerləşən neft kəməri sualtı müşahidə aparatıyla yoxlanılarkən insan qalıqları və sümükləri aşkarlanıb.

İnsan qalıqları və sümükləri xüsusi konteynerlə sudan çıxarılıb.

Çıxarılan qalıqlara baxış zamanı onun kəskin çürüməyə məruz qalmış, bədəninin bir hissəsi olmayan kişi meyiti olduğu məlum olub. Tapılan şəxsin əynində 4 ədəd köynək olub.

www.yenicag.az

217
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100