6 otaqlı ev yandı – Bərdədə

Bərdə rayonunda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, Bərdə rayonunda hər mərtəbəsi 210 m² olan ikimərtəbəli 6 otaqlı evin zirzəmisində taxta rəflər 34 m² sahədə yanıb. Yanğından zirzəminin qalan hissəsi və ev mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.