6 otaqlı ev yanıb

Səhər saatlarında Qubada yanğın faktı qeydə alınıb.

Yeniçağ.Az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qrızdəhnə kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 11:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.Az