6 peşə təhsili müəssisəsinin fəaliyyəti tamamilə dayandırıldı

Ermənilər tərəfindən həyata keçirilən separatçı fəaliyyət nəticəsində Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlarda yerləşən 6 peşə təhsili müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb.

Bu barədə Yenicag.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 5 peşə təhsili müəssisəsi isə müvəqqəti olaraq digər bölgələrə köçürülüb: “Fəaliyyəti dayandırılmış və müvəqqəti olaraq başqa əraziyə köçürülmüş müəssisələrin tezliklə öz fəaliyyətlərini bərpa edəcəkləri barədə nikbinik!”.