Bu gün istehlakçılara təbii qazın sabit rejimdə və fasiləsiz ötürülməsi üçün keyfiyyətin daha da artırılması, tələbata uyğun tənzimləmələrin aparılması, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işləri icra olunur.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bunun üçün Gəncə şəhərinin, Göygöl, Samux, Ağsu, Ağstafa və Qəbələ rayonlarının bir hissəsində qaz təchizatı məhdudlaşdırılıb.