6 türk serialı eyni anda final olacaq

Türkiyə və Azərbaycanda böyük izləyici kütləsinə malik olan seriallar sona çatır.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, televiziya şərhçisi Məsud Yar bu sezonun sonunda bitəcək seriallar haqda məlumat verib. O bildirib ki, “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “İstanbullu Gelin”, “Siyah Beyaz Aşk”, “Aslan Ailem”, “Vatanım Sensin”, “Fazilet Hanım ve Kızları” son günlərini “yaşayır”.

“Bununla belə, “Sen Anlat Karadeniz”, “Çukur”, “Mehmed Bir Cihan Fatihi”, “Kadın”, “Ufak Tefek Cinayetler”, “Diriliş Ertuğrul”, “Arka Sokaklar”, “Avlu”, “Aşk ve Mavi”, “Çocuklar Duymasın”, “Bizim Hikaye” kimi seriallar böyük ehtimalla gələn sezonda da izləyicilərin qarşısına çıxacaq”.