!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

6 yaşındakı uşaq prezidentə məktub yazdı – Video,Foto

!Reklam – Yazi

Без названия (2)Yenicag.az xəbər verir ki, Obamaya məktub göndərən və video çarxla səslənən Alexin görüntüləri, Facebookda 60 mindən çox paylaşılıb.

Alex, ABŞ başçısına göndərdiyi mesajda, təcili yardım maşınındakı görüntüsüylə dünyanı ağladan suriyalı uşaq üçün “Onu evimizə gətirə bilərsiniz mi?” deyə səslənir.
New-Yorkda yaşayan altı yaşındakı Alex, Hələbdə yaşanan terrordan sonra təcili yardım maşınında oturarkən çəkilən fotosuyla hər kəsi kədərləndirən Umran Dakneşi unutmadı.

Ağ Evin paylaşdığı məktuba “Sevgili Başçı Obama” sözləri ilə başlayan Alex, belə davam edir:

“Suriyada təcili yardım maşınındakı uşağı xatırlayırsanmı? Xahiş edirəm, onu götürüb evimizə gətirə bilərsən mi? Biz sizi evdə çiçəklər, şarlar və bayraqlarla gözləyəcəyik. Biz Ümrana bir ailə olacağıq, o bizim qardaşımız olacaq …”

Obama isə öz növbəsində, Birləşmiş Millətlər zirvəsində Alexin cümlələrindən sitat gətirərək “Hamımız Alex kimi olmalıyıq” deyib.

Xatırladaq ki, Halepdə yaşadığı məhəllə ruslar tərəfindən bombalanan zaman, yaralanan Ümran Dakneş dağıntıların altından xilas edilərək təcili yarım maşınında oturdulmuşdu. Çaşmış halda ambulansda eləcə oturan Ümran, üzünü silib, qan bulaşan əlinə baxaraq təəccüblənmişdi. Başına nə gəldiyini dərk etməyən beş yaşındakı uşağın baxışları, yer üzündə milyonlarla insanın içini sızlatmışdı.

 

www.yenicag.az

810
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv