Türkiyədə zəlzələdən əziyyət çəkən bölgələrdə axtarış əməliyyatları davam etdirilir.
Yenicag.az xəbər verir ki, Qaziantepdə Sibel Kaya adlı 40 yaşlı qadın zəlzələdən 170 saat sonra xilas edilib. O, beşmərtəbəli binanın uçması nəticəsində dağıntılar altında qalıb. Yaralı qadın xəstəxanaya çatdırılıb.
Hatayda isə Naide Umar adlı qadın 175 saat sonra dağıntılar altından sağ çıxarılıb. Bununla yanaşı, Hatayda adı açıqlanmayan daha bir nəfər 176 saat sonra xilas edilib.
Adıyamanda isə xilasedicilər Bünyamin İdacı adlı 35 yaşlı şəxsi 177 saat sonra dağıntılar altından sağ çıxara biliblər. Eyni zamanda, Adıyamanda 6 yaşlı Miray da 178 saat sonra xilas edilib.
Hatayın Antakya bölgəsində də zəlzələdən 177 saat sonra 26 yaşlı Derya Akdoğan dağıntılar altından sağ olaraq çıxarılıb./Qafqazinfo/