6 yaşlı uşağı qaçıran dələduzlar 10 min tələb ediblər.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Qaziantep vilayətində Suriya əsilli uşaq qaçırılıb. Daha sonra onun əl və ayaqları bağlı halda fotosunu çəkərək atasına göndəriblər. Atası Əhməd Qasımdan uşağın geri qaytarılması üçün 10 min lirə tələb ediblər.
Hazırda dələduzlar polis tərəfindən axtarılır. Uşağın sağlamlığı barədə məlumat yoxdur.