6 yaşlı uşaq yol qəzasının qurbanı oldu

Goranboyda 6 yaşlı oğlanı maşın vurub öldürüb.

Yenicag.az xəbər verir ki, hadisə Goranboy şəhəri ərazisində baş verib. Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 2014-cü il təvəllüdlü Ayaz Salehovu vurub. Sürücü dərhal azyaşlını xəstəxanaya çatdırsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

COP29