60 il sonra saxlanıldı-Foto

Brevard_County_Sheriff_s_OfficewedABŞ-da 60 il ərzində polisdən qaçan 79 yaşlı məhkum Frenk Freşuoter tutulub.
O, ilk dəfə 1959-cu ildə piyada öldürdüyü üçün həbs olunub.

Qəza 1957-ci ildə baş verib. O zaman Freşuoter şərti cəza alıb. 2 ildən sonra Frenk sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün saxlanılıb və Ohayo ştatındakı həbsxanaya salınıb. Lakin o, həbsdən qaçıb.

1975-ci ildə qaçaq məhkum Qərbi Virciniya ştatında saxlanılıb. Ştatın qubernatoru isə Frenki Ohayo həbsxanasına göndərməkdən imtina edib.

Bundan sonra Freşuoter daha 40 il gizlənib. Bu müddət ərzində o, Uilyam Koks adı ilə müxtəlif ştatlarda yaşayıb və yük maşınının sürücüsü olub. İndi isə Frenk Ohayo ştatına ekstradisiyasını gözləyir, çünki cəzasını məhz orada çəkməlidir.