Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

60 min insanın ölümünə səbəb olan CADUGƏR OVU: Şeytanın yaladığı qadınlar

Müasir mədəniyyətin beşiyi kimi bilinən Avropa qaranlıq tarixdən keçərək bu günlərə gəlib.

Yenicag.az xəbər verir ki, 15-ci əsr və ondan öncə Avropa batil inancların məkanı, cahil insanların məskəni olub. Batil inancların cahilliklə birləşməsi və bunun kilsə tərəfindən dəstəklənməsi isə qanlı cinayətləri ortaya çıxarıb.

Bu cinayətlərdən biri və ən dəhşətlisi isə cadugər ovu olub. Sirr deyil ki, elmlə məşğul olan, hissi qüvvətli olan şəxslərə əsrlər boyu cadugər damğası yapışdırılaraq onların əməllərinin şeytani olduğu söylənilib.

15-ci əsrin ikinci yarısının sonlarına doğru Avropada cadugər ovu geniş yayılmağa başladı. Bunun səbəbi isə müqəddəs kitabın 22-ci fəslində yazılan, “Bir cadugərin yaşamasına icazə verməməlisən”, – tipli fikir olub.

Ova ən böyük dəstəyi isə kilsə inkvizisiyalar ilə verib. Hətta iş o yerə gəlib çatıb ki, cadugərlərin öldürülməsində istifadə edilən alətlərə belə “xeyir-dua” verilirdi.

Bəs birinin cadugər olduğu necə müəyyənləşdirilirdi?

Bunun adi bir qaydası var idi: Kürən saçlılar, abort etdirənlər, biriylə dalaşandan sonra həmin şəxsin başına nəsə gəlsə, davanı başladan şəxslər, çirkin və arıq olanlar, ayin zamanı əsnəyənlər və s. Əgər bu özəlliklərdən birnə sahib idinizsə, o zaman cadugər damğasını yemək üçün uyğun şəxs olardınız.

Dəhşətli işgəncələr

Cadugərlərə verilən işgəncələr də müxtəlif olurdu. Bu müxtəlifliklərin ortaq tərəfi iə hamısının dəhşətli dərəcədə əzabverici olması idi.

Cadugər olduğundan şübhələnən şəxslərin vücudu bıçaq və ya kəsici alətlə deşilir, həmin hissədən qan çıxmazsa, şəxsin şeytan tərəfindən yalandığı qənaətinə varılır, bu qənaəti dəqiqləşdirmək üçün qadınların bakirə olub-olmamasını yoxlamaq məqsədilə onlara təcavüz edilirdi.

Bundan başqa:

Cadugərin qarnına vedrə ilə su boşaldılır, orqanlar partlayıncayadək işgəncə davam edirdi;

Xüsusi alətlə çənə aralanır, şəxs cadugər olduğunu etiraf edənədək proses icra edilirdi;

Sıxıcı alətlə sümüklər sındırılırdı;

Əl və ayaqlar dörd ata bağalanaraq bədən hissələrinə ayrılırdı;

Şəxslər diri-diri yandırlırdı (ən geniş yayılmış cəza üsulu).

Bütün bu işgəncələr və cadugər ovu Avropada 1750-ci ilə qədər davam edib. Keçən 270 ildə təxminən 60 min insana cadugər damğası vurularaq fərqli işgəncələrlə öldürülüb.

www.yenicag.az

627
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100