60 uşağı ölümdən belə xilas etdi – Video

скачанные файлыAlmaniyanın Hamburq şəhərində avtobus sürücüsü 60 uşağı ölümdən xilas edib. Uşaqları dərsə aparan avtobus dəmir yolunu keçərkən relslərə ilişib.

Hadisə zamanı xoşbəxtlikdən sürücü cəld tərpənib. O, anlayıb ki, avtobusu çıxarda bilməyəcək, ona görə də tələsik uşaqları düşürtməyə başlayıb. Sonuncu uşaq çıxandan 1 dəq sonra elektrik qatarı yüksək sürətlə avtobusla toqquşub.

Olayın videosundan görünür ki, heç uşaqların özləri də nə baş verdiyini, onları hansı təhlükə gözlədiyin anlamırlarmış.
Hadisə nəticəsində yalnız qatardakı bir neçə sərnişin yüngül xəsarət alıb. Hadisədən dəyən ziyan 300 min avro dəyərində ölçülür.

Hadisənin videosu ilə burada tanış olmaq mümkündür:

https://youtu.be/g5dFZIj-JOY