60 yaşlı kişi evində ölü tapıldı

Bərdədə 60 yaşlı kişi evində ölü tapılıb.

Yenicag.az xəbər verir ki, Hacılı kənd sakini, 1962-ci il təvəllüdlü Namaz Namazov yaşadığı evdə ölü aşkarlanıb.

İlkin məlumata görə, 60 yaşlı kişi ürəktutmasından ölüb.

Araşdırma aparılır.