!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

178 illik şirkət çökdü - 30 min nəfər işsiz qaldı

!Reklam – Yazi

Bu gün səhər səhər saatlarından etibarən bütün dünya üzrə 600 min bron edilmiş bilet ləğv olunub.

Yenicag.az xəbər verir ki, buna səbəb dünyanın ən böyük tur şirkətlərindən biri olan“Tomas Kuk”un özünü ləğv qərarıdır.

İldə 22 milyon müştəriyə xidmət edən şirkətin həmçinin ticarət əməliyyatlarını da ləğv etdiyi bildirilib.

178 ildir mövcud olan şirkətin bu qərarı ilə dünyanın 17 ölkəsində 30 min nəfərin işsiz qalacağı qeyd edilib. Onlardan 9 mini Britaniyanın üzərinə düşür.

Qeyd edək ki, nəhəng tur şirkətinin bu qərarının səbəbi 1,7 milyard funt sterlinq borcunu ödəmək üçün vəsait tapa bilməməsidir.

www.yenicag.az

1991
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv