Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

6000 dollarlıq smartfon

italya brendinden 6000 dollarliq smartfon“Tonino Lamborghini Tauri Mobile” brendi rəsmən yeni “88 Tauri” smartfonunu nümayiş etdirib. Cihaz lüks smartfon həvəskarlarını yalnız qeyri-adi xarici görünüşü və keyfiyyətli materiallarla deyil, həm də yüksək məhsuldarlığı ilə sevindirməlidir. Smartfon poladdan hazırlanmış qara, qızılı və gümüşü korpuslarda əlçatandır. Korpus 5 rəng (qara, göy, qırmızı, narıncı, qəhvəyi) həllində yüksək keyfiyyətli dəridən işlənib. Cihaz 1920×1080 piksel təsvir ölçülü 5 düymlük ekran, 2.3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru, 3 QB əməli və 64 QB daxili artırıla bilən yaddaş, 8 meqapiksellik ön və 20 meqapiksellik əsas kamera ilə təchiz olunub. Sonuncu ikiqat işıq diodu işıqlandırıcısına malikdir. Aparata 3400 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. İstehsalçılar əmin edir ki, “3G” şəbəkəsində 35 saatadək, gözləmə rejimində isə 1000 saatadək danışıq mümkündür. Smartfonun 1947 nüsxəsi buraxılacaq: bu rəqəm “Tonino Lamborghini” şirkətinin yaradıcısının təvəllüdünə uyğundur, seriya nömrəsi hər bir cihazın arxa hissəsində həkk edilib. 2014-cü il dekabrın sonunda smartfonun satışına başlanılacaq, qiyməti 6000 dollar olacaq.

(olaylar.az)

www.yenicag.az

340