ABŞ-dən İsrailə TƏLƏB: Baydenin çağırışı hökumət daxilində fikir ayrılığı yaratdı

“İsrailin baş naziri Benjamin Netanyahu ABŞli həmkarı Co Baydenin tələbini dərhal və sözsüz yerinə yetirərsə, öz nüfuzunu itirəcək”.

Bunu ABŞ-nin İsrail-Fələstin müharibəsinin dayandırılması tələbində nə qədər səmimi olduğu barədə fikirlərini səsləndirən politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, İsrail dövlətinin öz maraqları var və maraqlarını həyata keçirməyə çalışır.

“Ona görə də hər hansı tələblə atəşin dərhal dayandırılması maraqlarının reallaşmaması və İsrailin geri çəkilməsi deməkdir. Hökumətin xalq qarşısında təhlükəsizliyi təmin etmək öhdəliyi var. İsrail tərəfi qarantiyalı razılaşma olmadığı üçün atəşi dayandırmaq imkanı yoxdur. Atəşkəs olsa və ya danışıqlara başlanılsa qarşı tərəfin hansı hadisələri törədəcəyi, yaxud öhdəliklərə əməl edib-etməyəcəyi kimi ciddi məsələlə var. Ona görə də İsrailin hücum taktikası davam edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, İsrail hazırkı durumda hərbi qruplaşmaları tərksilah etmək və o qrupların rəhbərlərini zərərsizləşdirmək istəyir: “Ancaq bu məqsədinə hələ nail ola bilməyib.
Digər tərəfdən, İsrailin baş naziri Benjamin Netanyahu ABŞli həmkarı Co Baydenin tələbini dərhal və sözsüz yerinə yetirərsə, öz nüfuzunu itirəcək. Bu isə hakimiyyət böhranı deməkdir. Məlum terrorun nəticəsi olaraq, təhlükəsizliyi təmin edə bilmədiyindən onsuz da xalqın dəstəyini itirib. Ona görə də ABŞ-ın çağırışların baxmayaraq, atəşi dayandırmaqdan imtina edir. Təbii ki, İsrail tərəfi də bilir, illərlə davam edən bu münqaqişəni hazırkı durumda tam sonlandırmaq mümkün deyil.

ABŞ prezidentinin atəşi dayandrımaq çağırışı insan tələfatının qarşısını almaq baxımından çox mühüm mesajdır. Amma bu məsələdə səmimiyyət yox, maraqlar ön plandadır. ABŞ növbəti seçkiyə hazırlaşır. Prezident Bayden də bunu nəzərə alaraq, özünü sülh carçısı kimi göstərməklə, reytinqə xidmət edir. Çünki ABŞ hökumətinin daxilində də bu məsələ ilə bağlı ciddi fikir ayrılığı var. Baydenin çağırışları Blinken və onun komandası tərəfindən isti qarşılanmır”.

Nəsimi Ələsgərli

COP29