61 yaşlı kişi dəm qazından boğularaq öldü

Zaqatalada 61 yaşlı kişi dəm qazından boğulub.

Yenicag.az xəbər verir ki, bu gün səhər saatlarında rayonun Çökək kəndində 61 yaşlı Ömərxan Mollamohuma oğlu Makarovun meyiti yaşadığı evin vanna otağında aşkar edilib. Onun dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.