61 yaşlı qadın dəm qazından boğuldu

Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Gədəzeyxur kəndində baş verib. Kənd sakini, 61 yaşlı Vəlixanova Sveta Dünyaməddin qızı yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır.

COP29