Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

61 yaşlı qadını maşın vuraraq öldürdü - Sumqayıtda

Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı 61 yaşlı qadın dünyasını dəyişib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə 6-cı mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Orucova Mömünə Ağacan qızı 6-cı mikrorayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, qadın orada dünyasını dəyişib.

Hadisə yerindən qaçan sürücü isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1776
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100