Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin 19 may – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə paylaşım edib.
Yenicag.az xəbər verir ki, paylaşımda qeyd olunub:
“19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramında qardaş Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün əziz xatirəsini dərin hörmətlə anır, qardaş ölkəmizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bayramınız mübarək!”.