Abşeron rayonu Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, 1957-ci il təvəllüdlü Allahverdiyev Fərhad Musa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. O, dərhal əməliyyata götürülüb.