Avqustun 6-dan 12-dək milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Milli parklarda gözlənilən hava şəraiti aşağıdakı kimidir:
Göygöl milli parkı
Hava əsasən yağmursuz keçəcək. Lakin 7-də axşam, 8-də isə gündüz arabir leysan xarakterli yağış yağacağı şimşək çaxacağı gözlənilir. Qısamüddətli dolu düşəcəyi ehtimal olunur.
Şərq küləyi əsəcək, 7-8-də arabir güclənəcək.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 28-30° isti olacaq.
Şahdağ milli parkı
Havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında, 8-də isə gün ərzində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, 7-8-də arabir güclənəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 33-35° isti olacaq.
Altıağac milli parkı
Havanın əsasən yağmursuz keçəcəyi, lakin 11-də axşam arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti , gündüz 33-35° isti olacaq.
Samur–Yalama milli parkı
Şimal bölgəsinə səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir, lakin 8-də gecə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-25° isti, gündüz 32-35°isti olacaq.
Şirvan milli parkı
Sabit, yağmursuz hava şəraiti gözlənilir.
Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-26° isti, gündüz 35-37° isti olacaq.
Ağgöl milli parkı
Yağmursuz hava şəraiti gözlənilir.
Şərq küləyi əsəcək, 7-8-də arabir güclənəcək.
Havanın temperaturu gecə 24-26° isti, gündüz 35-38° isti olacaq.
Qızılağac milli parkı
Havanın əsasən yağmursuz keçəcəyi, lakin 8-də gecə və səhər, 10-u gündüz arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 34-36° isti olacaq.
Hirkan milli parkı
Cənub zonasına səyahət edənləri mülayim, yağmursuz hava şəraiti gözləyir.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 34-36° isti olacaq.