Sərxoş halda mətbəxə girən yaşlı kişinin başına bədbəxt hadisə gəlib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Baden-Vürttemberq əyalətində dəhşətli hadisə baş verib. Sərxoş halda mətbəxə daxil olan 64 yaşlı kişi tarazlığını itirərək stolun üstünə yıxılıb. Bu zaman mətbəx stolunun üzərində olan tavanın sapı kişinin gözünə girib. O, ağır yaralansa da, təcili yardıma zəng edə bilib.
Təcili yardım hadisə yerinə vertolyotla gələrək onu xəstəxanaya çatdırıb. Yaşlı kişinin əməliyyatına iki türk həkimi girib. Onlar kişinin gözünə və beyninə zərər vermədən əməliyyatı uğurla başa vurublar.
Kişinin görüntülərini təqdim edirik: