64 yaşlı qadın əməliyyat zamanı öldü – Qazaxda

Qazaxda qadın əməliyyat zamanı ölüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Qazax Müalicə Diaqnostika Mərkəzində baş verib. Ağstafanın Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya Fyodorovna mərkəzdə bel yırtığından əməliyyatdan sonra narkozdan ayılmayıb.

Qadının qohumları ona dozadan artıq narkoz verildiyini və buna görə öldüyünü deyirlər.

Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib ki, ölümün səbəbi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.