Bakıda tikintisi davam etdirilən Olimpiya stadionundan videogörüntü hazırlayıb.
İnşaat işlərini Türkiyənin şirkəti həyata keçirir. Metronun “Koroğlu” stansiyasının yaxınlığı, Böyükşor gölünün sahilində tikilən idman qurğusunun 2015-ci ilin fevralında təhvil verilməsi nəzərdə tutulub. 70 min yerlik stadiona 640 milyon 500 min dollar xərclənəcəyi bildirilir.
Xatırladaq ki, Bakıda keçiriləcək 2015-ci il ilk Avropa oyunlarının açılış və bağlanış mərasimləri bu arenada olacaq. (qafqazinfo.az)