Sabiq deputat KİMin fanatına çevrilib? – Özəl

1525197_10152154859544417_504836530_nvvvv
Sabiq millət vəkili Rza İbadov siyasətin daşını bir dəfəlik atıb. Ən son 2005-ci il parlament seçkilərinə qatılan eks deputat haqqında cinayət işi açıldığı üçün ölkəyə qayıda bilmir. Həmin parlament seçkilərinin üzərindən 10 ilə yaxın vaxt keçsə də, İbadovun şəkli Bakıdakı polis bölmələrinin önünü bəzəməkdə davam edir.

1525197_10152154859544417_504836530_nYenicag.az xəbər verir ki, son illər Londonda futbol transferi biznesi ilə məşğul olan Rza İbadov siyasət kitabını bağlayıb.

Özünün şəxsi Facebook hesabından tez-tez xarici müğənnilərlə bağlı paylaşmalar edən İbadov eyni zamanda Kim Kardaşian həvəskarı. Erməni gözəlçənin paylaşımlarına üstünlük verən Rza İbadov bu sahədə  “şok-şok-şok” xəbərlərlə İP yığan əyləncə saytlarımızla yarışır. Bunun bir virus sonucu olduğu düşünülsə də, həmin proqramdan davamlı olaraq, istifadə edildiyi Rza müəllimin “Fire Girls” (Yanan qızlar) proqramını çox sevdiyini göstərir.

Hər halda uzun illər Avropada yaşamaq sabiq deputatın ermənilər məsələsindəki həssasiyyətinə də ciddi təsir edib.

 

rza1 rza2 rza3

COP29