!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

65 hektar torpaq satan bələdiyyə sədrindən xəbər var

!Reklam – Yazi

İsmayıllıda 65 hektar torpaq satmaqda təqsirləndirilən Əhməd Çələbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenicag.az xəbər verir ki, İsmayıllı rayon Məhkəməsinə göndərilən iş hakim Rəfayel Şirinovun icraatına verilib.

Qeyd edək ki, İsmayıllı Rayon Prokurorluğundan verilən məlumata görə, İsmayıllı rayon Tircan bələdiyyəsinin sədri Əhməd Çələbiyevin bələdiyyə sədri işlədiyi dövrdə qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında İsmayıllı rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla Əhməd Çələbiyevin 2016-2020-ci illər ərzində bələdiyyə sədri vəzifəsində işləyən zaman bələdiyyəyə məxsus 65 hektar torpaq sahəsini yalan məlumatlar daxil etməklə tərtib etdiyi icarə müqaviləsi əsasında 3 il müddətinə Əflatun Həsənova verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv