!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

65 narkobaron ələ keçdi - VİDEO

!Reklam – Yazi

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının son bir ayda narkobaronlara qarşı keçirdikləri əməliyyatlar zamanı 65 nəfər saxlanılıb, 170 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 5122 ədəd ekstazi və metadon həbi aşkar edilib.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, saxlanılan şəxslərdən bir neçəsi narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisindəki əsas tədarükçülərindən biri olublar. İlkin sorğu zamanı bu şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini bildiriblər. Onların əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışı təşkil etməklə bərabər şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməkliyi ilə xarici ölkələrinə göndərmək olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, qanunsuz dövriyyədən çıxarılan 170 kiloqram narkotik vasitənin qara bazarda qiyməti milyonlarla manata bərabərdir.

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv