65 yaşlı qadın ağacdan yıxıldı, komaya düşdü – Tovuzda

Tovuzda 65 yaşlı qadın ağacdan yıxılıb.

Yenicag.az xəbər verir k, hadisə rayonun İbrahimhacılı kəndində baş verib.

Kənd sakini, 1952-ci il təvəllüdlü Kazımova Adilə Yunis qızı həyətlərində meyvə yığarkən ağacdan yıxılıb. Qadın ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdlrılıb.

Hazırda qadın komadan ayılsa da, vəziyyəti orta ağır qiymətləndirilir.