Gülənin şübhəli olduğu cinayət işləri birləşdirilir

Screenshot_2Paralel Dövlət Terror Örgütünün lideri Fətullah Gülənlə bağlı hüquqi prosseslər davam edir. Artıq üç ayrı məhkəmə prossesində 1 nömrəli şübhəli olaraq, qeyd olunan Gülənlə bağlı bütün məhkəmə işləri bir Əsas İddianamə üçün birləşdirilir.

Bu gün 2010-cu ildəki tələbə qəbulu zamanı Camaatın xeyrinə baş verən qanunsuzluqlarla bağlı başlanılan cinayət işindən Gülənlə bağlı bölüm alınaraq, “Dövlət içində Paralel Şəbəkə” iddianaməsinə birləşdirilib.  Artıq Gülən ilə bağlı iş əsas istintaqı aparan prokurora təhvil verilib.

Qeyd edək ki, hazırda Gülən imtahan suallarının oğurlanaraq, onun müridlərinə paylanması məsələsindən başqa ona qarşı müxalifləri həbs etdirən “Tahşiyə”, polisin gizli və qanunsuz dinləmələri cinayət işlərinin də bir nömrəli cinayət şübhəlisidir.

Ancaq məsələnin bu üç cinayət işi ilə məhdudlaşmayacağı, qarşıda yeni faktlar-cinayət işlərinin də meydana çıxarılacağı gözlənilir. Xüsusilə, Gülənin hazırda Türkiyə əleyhinə fəaliyyət göstərən xaricdəki şəbəkəsi də diqqət mərkəzindədir.

Qeyd edək ki, Gülənin Azərbaycanda da həm TUSKON-nun ortağı olan “İpək yolu” və TUSİAB-a daxil olan biznes strukturları, həm Qafqaz Universiteti başda olmaqla təhsil müəssisələri, eyni zamanda “Zaman” qəzeti və digər media qurumları fəaliyyətini davam etdirir.

COP29