66 yaşlı kişi sinəsində bıçaqla xəstəxanaya gətirilib

Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun İnqilab İsmayılov küçəsində qeydə alınıb. 66 yaşlı Sultanov Nəriman Həmid oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. O, xəstəxanaya daxil olan zaman bıçaq sinəsinə batılı vəziyyətdə olub. Bıçaq Nəriman Sultanovun sinəsindən çıxarılıb və yaralı əməliyyat olunub. Həkimlər kişinin həyatını xilas edə biliblər. Hadisə barədə polisə məlumat verilib. Əməliyyat olunan yaralını dindirmək mümkün olmayıb.

Faktla əlaqədar Xətai rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Yenicag.az