Lənkəranski bu dəfə kimi döydü?

rovsen 25 dekAzərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski İstanbulda Ded Hasanın ardıcıllarından olan meqrel qanuni oğru Roland Qeqeçkorini sərt cəzalandırıb.

Yenicag.az  anspress-ə istinadən xəbər verir ki, onunla birlikdə Rolandın olduğu otelə hücum etmiş dəstəyə gürcü qanuni oğru Georgi Uqlava (Taxi) da rəhbərlik edib. Lənkəranski otelə Ded Hasan tərəfdarı olan və yenicə taclandırılmış meqrel “qanuni oğru”ları cəzalandırmaq üçün gedib. Amma oteldə onun əlinə yalnız iki nəfər keçib. Ələ keçənlərdən Paat Malenkiy tam Ded Hasan tərəfdarı sayılmadığına görə ona toxunmayıblar. Amma hadisə zamanı Roland bərk döyülüb. Daha sonra onlar oteli tərk ediblər.

Bu, Ded Hasan tərəfdarlarını bərk məyus edib. Oğru dünyasından 34 nəfər Rolandı müdafiə etmək üçün etiraz notası imzalayıblar. Onlar Ded Hasan ardıcıllarının rəhbəri Şakronun verəcəyi qərarı gözləyirlər.