!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

67 yaşlı kişi özünü güllələdi – İsmayıllıda

!Reklam – Yazi

4e5f684f3635eb2d3a26f9301090f943İsmayıllı rayon sakini özünü silahla vurub.

Hadisə İsmayıllı şəhərinin Ü. Hacıbəyov küçəsindəki dalan 4, ev 10 ünvanında qeydə alınıb. Şəhər sakini, 1948-ci il təvəllüdlü Süleymanov Teymurxan Məmmədəli oğlu yaşadığı evdə ov tüfəngindən atəş açaraq özünü yaralayıb. Başından ağır güllə yarası alan Teymurxan Süleymanov təcili olaraq İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan T.Süleymanov müalicə üçün Bakı şəhərinə göndərilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 67 yaşlı kişinin ehtiyatsızlıqdan özünü vurması və ya intihara cəhd etməsi versiyaları araşdırılır.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.yenicag.az

657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv