Rusiyadakı fətullahçılar da hərəkətə keçdilər – Skandal

Dekabrın 12-də Azərbaycanda və xaricdə Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçiriləcək. 50 milyondan çox azərbaycanlı öz mənəvi liderini, Azərbaycançılıq ideologiyasını ortaya qoyan bu dahi şəxsiyyəti anacaq. Ənənəvi tədbirlərdən biri Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən keçiriləcək. Mərhum Heydər Əliyevlə uzun müddət bərabər çalışmış Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun bu addımı gözlənilən və təqdirolunandır.  

 Lakin Azərbaycanda olduğu kimi, Rusiyada da “gözəgörünməz əllər” əliyevçi gənclərlə səfirliyi üz-üzə qoymağa çalışır. Belə ki, Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edən və hər zaman Polad Bülbüloğlunun təqdirini qazanan insanlar bu tədbirlərə çağırılmırlar. Səbəb olaraq isə səfirliyin bəzi əməkdaşları “tədbirə ancaq Heydər Əliyevlə əlaqəsi olan şəxslər dəvət olunacaq” bəhanəsini irəli sürürlər. Həmin gənclər “bəs gənclər tədbirdə təmsil olunmayacaqlar?” sualının qarşılığında isə “ancaq ləyaqətli gəncləri dəvət etmişik” cavabı alıblar.

Belə çıxır ki, cənab səfirin dəfələrlə görüşdüyü və qayğısını hər zaman əsirgəmədiyi gənclər ləyaqətsiz olublar? Bəs ləyaqətli gənclər kimdir? Yenicag.az-ın araşdırmasına görə, adı Fətullah Gülən camaatı ilə birlikdə hallandığı üçün neçə aydan bəri Rusiyadan Azərbaycana qayıdaraq, burada yaşayan Namiq Şahpələngov sabah Bakı-Moskva reysinə bilet alıb. Rusiyadakı gülənistlərin imamı olan Namiq Şahpələngov Elnur Aslanov ilə yaxın əlaqədədir.

Bir sözlə, Elnur Aslanovun şəbəkəsinin Moskva “filial”ı olan Qafqaz Universiteti məzunu Namiq Şahpələngovun dəvət olunduğu tədbirə, Heydər Əliyevə sədaqətindən şübhə edilməyən bir çox gənclər çox incidici bəhanə ilə buraxılmırlar.

Gənclər Polad Bülbüloğlunun bu məsələdən xəbərsiz olduğuna inanır və düşünürlər ki, Bakıda Gülən camaatını qoruyan “gözəgörünməz əllər”dən səfirliyimizdə də var və onlar dövləti sevənləri küsdürmək bahasına Gülən Şəbəkəsini “təmiz”ə çıxarmağa çalışırlar.

Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini dərc edə bilərik.