!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk mediası Əliyevin 2006-cı ildəki Gülən Şəbəkəsini bitirmək planından yazdı

!Reklam – Yazi

1428618928461
Fətullah Gülən Şəbəkəsi ilə bağlı Türkiyədə dördüncü iddianamə də qəbul edilib. Belə ki, Ankara Prokurorluğu bu şəbəkə üzvü olan 7 nəfər haqqında İddianaməni qəbul edib. Maraqlıdır ki, bu zamana qədər “Paralel Dövlət” Terror Örgütü, “Paralel Dövlət” Şəbəkəsi adlandırılan qrup ilk dəfə “Fətullahçı Terror Örgütü” olaraq, adlandırılıb. İstintaq ilk dəfə belə bir terror örgütünün varlığına və qarşısına qoyduğu hədəfə dair dəlillər əldə etdiyini açıqlayıb.  

İddianamədə deyilir ki, Gülən ABŞ-a qaçaraq, dövlət içində dövlət qurmağa çalışıb. Ancaq 17-25 dekabr 2013-cü il çevriliş cəhdi ilə planları pozulub. FTÖ-yə qarşı dövləti ələ keçirmək, nüfuzunu aşağı salmaq-etibarsızlaşdırmaq, dövləti FTÖ-yə möhtac və məhkum kimi göstərmək, bu örgütün kadrlarının yerinə gələnlərin başarısız olmasına cəhd kimi bir sıra ittihamlar sənəddə yer alır.

Qeyd edək ki, Gülənlə bağlı dünənki “Cümhuriyyət” qəzetində də maraqlı məlumat dərc olunub. Yenicag.az xəbər verir ki, məqalə fətullahçıların iftirası ilə həbs olunmuş Odatv yazarları Barış Terkoğlu və Barış Pehlivanın hazırladığı “Mahrem” adlı kitaba həsr olunub. Kitabda Azərbaycanla bağlı da maraqlı bölümlər var. Belə ki, “Wikileaks” sənədlərinə istinad edilən kitabda ABŞ-ın keçmiş səfiri Enni Dörsün 5 avqust 2008-ci ildə Vaşinqtona göndərdiyi bir teleqrafdan bəhs edilir.

3Teleqrafdakı iddiaya görə, Azərbaycan dövləti 2006-cı ildə Fətullah Gülən Şəbəkəsini bitirmək qərarına gəlib: “Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin və Milli Təhlükəsizlik Nazirinin də içərisində olduğu qrup Gülən Şəbəkəsinin bitirilməsi məsələsində qərarlı idi. Bu məsələdə Prezident Əliyevin dini ekstremizmin güclənməsinə qarşı mövqeyi də əsas rol oynayırdı”.

Sənəddə bildirilir ki, o zaman Əliyevin Gülənin Azərbaycan Şəbəkəsini bitirməsinə Türkiyədən gələn zəng mane olub. Belə ki, o zaman fətullahçılar Ərdoğanın vasitəsi ilə özlərinə qarşı dalğadan qalib çıxa biliblər. “Çağ Öyrətim” üçün Əliyevdən xahiş edən Ərdoğan o zaman bunların bir zaman sonra özünü devirməyə çalışacaqlarını hesablaya bilməyib.

“Gülənin Azərbaycandakı Şəbəkəsi” adlanan teleqrafda deyilir ki, digər dini camaatlardan fərqli olaraq, fətullahçılara toxunulmamasının səbəbi daim türk iqtidarlarının onları Azərbaycan iqtidarına tapşırmaları olub.

ilham_aliyev_erdogan_150115Qısacası, kitabda anladıldığına görə, “Çağ Öyrətim”in fəaliyyətinin davam etməsində və 2006-cı ildən sonra Gülənin Azərbaycandakı emissarlarının (Ənvər Özərən, Məsut Kurnaz, Ahmet Sanıc və s.) güclənməsində, Qafqaz Universitetinin fətullahçıların beyin mərkəzinə çevrilməsində mövcud türk iqtidarının da günahı Özal, Dəmirəl və Ecevit iqtidarlarından az deyil. Fəqət Ərdoğan sonunda Gülənin niyyətini anladı və hazırda bu şəbəkəyə qarşı ciddi şəkildə mübarizə aparmaqdadır. Ancaq bu illər içərisində AKP-nin də, dövlətin də içərində şəbəkə qurmuş fətullahçılara qarşı mübarizə heç də asan olmayacaq.

Yenicag.az

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv