ABŞ-də Roy Conn adlı 68 yaşlı kişi 3 aylıq ağrılı sümük uzatma əməliyyatından sonra boyunu 1,70 santimetrdən 1,79-a qaldırıb.
Yenicag.az xəbər verir ki, Conn iki bud sümüyü sınığı ilə həyata keçirilən əməliyyata görə 130 min İngilis Puntu (2 milyon 872 min 73 TL) ödəyib.
Əməliyyat haqqında danışan Connun həkimi “Belə bir əməliyyatın tamamlanması təxminən 1,5 saat çəkir. Xəstə əməliyyatdan sonra uzanma dövrü keçir və bu müddət ərzində gündə təxminən 1 millimetr böyüyür. Təxminən 3 sm-ə çatmaq üçün 25 gün lazımdır”, – deyib./Unikal/